Bakıda halal məhsulların sərgisi keçirilir

Bakıda halal məhsulların sərgisi keçirilir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Özbəkistan, #Pakistan, #Qida məhsulları, #Qırğızıstan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda keçirilən Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində “Baku Marriott Hotel Boulevard”da sərgi də təşkil edilib.

presstvaz xəbər verir ki, sərgidə 30-a yaxın yerli və xarici şirkətin istehsalı olan məhsullar və xidmətlər nümayiş olunur.

Yerli şirkətlərlə yanaşı, sərgidə Türkiyə, Özbəkistan, Pakistan və Qırğızıstanın məhsulları da təqdim edilir. Sərgidə qida məhsulları, parfümeriya, kosmetik vasitələr, tekstil məhsulları, aksesuarlar və s. sərgilənir.

Həmçinin sərgidə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Standartlaşdırma İnstitutu, KOBİA, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Pakistan-Azərbaycan Ticarət Palatası da öz stendləri ilə təmsil olunurlar.

Sərgi oktyabrın 8-də də saat 10:00-dan 17:00-dək davam edəcək.

Sərgini ziyarət etmək üçün www.azhabforum.az linkində qeydiyyatdan keçmək lazımdır.

Sərgi yerli və xarici şirkətlərə məhsul və xidmətlərini geniş auditoriyaya tanıtmaq, yeni əməkdaşlıqlar qurmaq, müvafiq sektor üzrə tərəfdaşların tapılması, potensial müştərilərlə birbaşa əlaqə yaratmaq, ixrac imkanlarını genişləndirmək, təcrübə və texnologiya mübadiləsi, halal sənaye üzrə yeniliklər, trendlər və standartlarla tanış olmaq imkanı verəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv