Kubanıçbek Omuralıyev: “Qəbələdə keçirilən Zirvə Görüşündə çox mühüm nəticələr əldə olunub”

Kubanıçbek Omuralıyev: “Qəbələdə keçirilən Zirvə Görüşündə çox mühüm nəticələr əldə olunub”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Cənubi Qafqaz, #Ermənistan, #Hadisə, #İlham Əliyev, #Kuba, #Qəbələ, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Tarix və müasirliyin qovuşduğu qədim Azərbaycan şəhəri Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türk dövlətləri arasında dostluq, həmrəylik və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində ümumi baxışı əks etdirmək üçün mühüm platforma oldu. Xüsusilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin azad olunması, suverenliyinin və ərazi bütövlüyünün bərpası, eləcə də avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında imzalanmış Birgə Bəyannamə regional sülh və təhlükəsizlik məsələsini gündəliyimizdə daha da aktuallaşdırdı”.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuralıyev TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində mətbuat bəyanatında deyib.

O qeyd edib ki, bu tarixi hadisə Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün, sabitliyin və rifahın təmin olunması yolunda mühüm mərhələdir.

“Bu mühüm toplantının yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Prezident İlham Əliyevə, eləcə də Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm. Çünki bu Zirvə Görüşündə çox mühüm nəticələr əldə olunub.

Dövlət başçıları və xarici işlər nazirləri türk dünyasında əməkdaşlığı daha da dərinləşdirən və inkişaf etdirən qərarlar qəbul ediblər. Əsas nəticə isə 12-ci Zirvə Görüşündə Qəbələ Bəyannaməsinin imzalanmasıdır. Bu sənəd gələcək əməkdaşlığımız üçün siyasi məsələlər, xarici siyasət, təhlükəsizlik, iqtisadi və sahəvi inkişaf, xalqlar arasında əlaqələr və institusional koordinasiya istiqamətlərində yol xəritəsi müəyyən edir”, – deyə o əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv