Tokayev türk dövlətlərini Orta Dəhliz boyunca infrastrukturun modernləşdirilməsində iştiraka dəvət edib

Tokayev türk dövlətlərini Orta Dəhliz boyunca infrastrukturun modernləşdirilməsində iştiraka dəvət edib






presstv

"Presstv"az #Almatı, #Audi, #Nəqliyyat, #Orta Dəhliz, #Qazax, #Qazaxıstan, #Qəbələ, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ölkələrimiz Avrasiyanın mərkəzində – Şərqlə Qərbi, Cənubla Şimalı birləşdirən çoxsaylı marşrutların kəsişməsində yerləşir”.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

Onun sözlərinə görə, hazırda Qazaxıstan ərazisindən beş beynəlxalq dəmiryol dəhlizi keçir.

Qazaxıstan prezidenti əlavə edib:

“Biz bu yaxınlarda Dostıq-Moyıntı dəmiryolunun ikinci xəttini işə saldıq. Bu addım Trans-Qazaxıstan Dəmir Yolu Dəhlizinin dinamik inkişafına töhfə verəcək. Yeni marşrut yükdaşımalarının həcmini beş dəfə artıracaq. Daha iki əsas dəmiryol xəttinin tikintisi davam edir. Şübhəsiz ki, bütün bu layihələr regional logistikanın inkişafına yeni təkan verəcək”.

Qazaxıstan prezidenti qeyd edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu artıq Avrasiya nəqliyyat çərçivəsinin strateji halqasına çevrilib.

O vurğulayıb:

“Son beş ildə Orta Dəhliz üzrə yükdaşımaların həcmi altı dəfə artıb. Bu yaxınlarda Almatıda TDT ölkələri nəqliyyat nazirlərinin görüşü keçirilib və bu görüş zamanı həmin marşrutla bağlı bir sıra razılaşmalar əldə olunub. Biz türk dövlətlərini hava qovşaqlarının, dəmiryol stansiyalarının infrastrukturunun modernləşdirilməsində fəal iştiraka dəvət edirik. Hazırda nəqliyyat və tranzit sektorunun rəqəmsallaşdırılması istiqamətində fəal iş aparılır. Sözsüz ki, burada süni intellekt texnologiyasının tətbiqi faydalı olacaq. Ona görə də biz Türk Dövlətləri Təşkilatı çərçivəsində aparıcı ekspertlərin cəlb olunduğu xüsusi Rəqəmsal Monitorinq Mərkəzinin yaradılmasını müzakirə etməyi təklif edirik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv