Yeni qaydalar təsdiqləndi – Pensiya məbləğləri arta bilər

Yeni qaydalar təsdiqləndi – Pensiya məbləğləri arta bilər






presstv

"Presstv"az #Audi, #Əmək pensiyaları haqqında, #Nazirlər Kabineti, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nazirlər Kabineti “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərə uyğun olaraq yeni qaydaları təsdiq edib.

presstvaz xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov paylaşım edib.

O bildirib ki, yeni sənədə əsasən, əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim və ya əldə edilə bilər:

“Bu qərarlarda göstərilən məlumatların EHİS üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Yeni qaydalar pensiyaların təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi ilə bağlı qərarların daha çevik qəbul edilməsinə və nəticənin daha qısa zamanda bölüşdürülməsinə imkan verəcək.

Pensiyaların proaktiv təyin olunduğunu nəzərə alsaq, bu qaydalar xüsusən pensiyaların yenidən hesablanması və pensiya növünün dəyişdirilməsi proseslərinin sadələşdirilməsinə imkan verəcək. Məlumatların EHİS üzərindən təqdim edilməsi şəffaflığın daha da gücləndirilməsinə imkan yaradacaq. Bu, məlumatlara əlçatanlıq baxımından vacibdir”.

“Yeni qaydalar pensiyalar sahəsində elektronlaşdırmanı genişləndirməklə yanaşı, pensiya məlumatlarına əlçatanlığı da artıracaq. Bu isə təqaüd növünü dəyişmək istəyən pensiyaçılar və eləcə də pensiyaya çıxmaq istəyənlər üçün yeni imkanlar deməkdir. Pensiyaların yenidən hesablanması sisteminin daha da elektronlaşdırılması isə bir sıra hallarda pensiya məbləğlərini də artıra bilər”, – deyə deputat qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv