Ersin Tatar: “Zirvə Görüşünün Qarabağ Zəfərinin beşinci ildönümünə təsadüf etməsi qürurverici hadisədir”

Ersin Tatar: “Zirvə Görüşünün Qarabağ Zəfərinin beşinci ildönümünə təsadüf etməsi qürurverici hadisədir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hadisə, #İlham Əliyev, #Qəbələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanın tarixi diyarı olan Qəbələnin bu mötəbər tədbirə ev sahibliyi etdiyinə görə Prezident İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm. Çünki biz hamımız eyni tarixin, eyni dastanların və eyni mədəni irsin sahibləriyik. Bu ortaq köklər bizi bir-birimizə bağlayan ən güclü mənəvi dəyərlərdir”.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

O qeyd edib ki, bu görüşün Qarabağ Zəfərinin 5-ci ildönümünə təsadüf etməsi xüsusilə qürurverici bir hadisədir.

“Bu Zəfər ədalətin bərpası, xalqın və liderinin birliyinin təntənəsidir. Qarabağ Zəfəri bütün türk dünyasına bir daha göstərdi ki, biz birlikdə olduqda hər bir çətinliyin öhdəsindən gələ bilərik. Bu Zəfər həm də türk dünyasının sarsılmaz həmrəyliyinin və qardaşlığının rəmzidir. Şimali Kipr Türk Cümhuriyyəti hər zaman Azərbaycanın yanında olacaq. Biz inanırıq ki, ortaq tariximiz və mənəvi bağlarımız üzərində qurulan əməkdaşlıq bu gün strateji tərəfdaşlığa və ortaq gələcəyə çevriləcək. Əminəm ki, birliyimiz və qarşılıqlı etimadımız gələcəkdə də regionda sülhün, sabitliyin və rifahın təminatçısı olacaq”, – deyə ŞKTC prezidenti əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv