İsrail Livandakı “Hizbullah” hədəflərinə hava zərbələri endirdi

İsrail Livandakı “Hizbullah” hədəflərinə hava zərbələri endirdi






presstv

"Presstv"az #Audi, #Hərbi Hava Qüvvələri, #İsrail, #Livan, #Qırıcı təyyarə, #Suriya, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın şərqində “Hizbullah”ın mümkün hərbi obyektlərinə azı üç reyd keçirib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Al Mayadeen” telekanalı məlumat verib.

Məlumata görə, raket zərbələri Suriya-Livan sərhədində dağlıq ərazidə yerləşən “Hizbullah” döyüşçülərinin təlim düşərgələrinə və yeraltı sığınacaqlarına endirilib.

Şahidlər Baalbek, Nabi-Şita, Xarabta, Xermel rayonları və onların ətraf ərazilərində güclü partlayışlar səslərinin eşidildiyini bildiriblər, ərazidən qalın tüstü buludlarının havaya qalxdığı qeyd edilir. Hava hücumu nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Telekanalın məlumatına görə, İsrail təyyarələri Livanın hava məkanında qalmağa davam edir və Bekaa vadisi və Suriya ilə sərhəd üzərində aşağı hündürlükdə uçuşlar həyata keçirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv