Eyvandan yıxılan türkiyəli ifaçı Güllünün ekspertiza rəyi açıqlandı: Bədbəxt hadisə, yoxsa qəsd?

Eyvandan yıxılan türkiyəli ifaçı Güllünün ekspertiza rəyi açıqlandı: Bədbəxt hadisə, yoxsa qəsd?






presstv

"Presstv"az #Audi, #Haber Global, #Hadisə, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin məşhur müğənnisi Gül Tutun (səhnə adı ilə Güllü) evinin eyvanından yıxılaraq həyatını itirməsi ilə bağlı mübahisələr davam edir. İnsidentin bədbəxt hadisə, yoxsa qəsdən baş verdiyi sualı hələ də gündəmdədir. Nəhayət, Yalova Prokurorluğunun tapşırığı ilə Bursa Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun rəyi hazır olub.

presstvaz “Haber Global”a istinadla xəbər verir ki, bu barədə müğənninin vəkili Rahmi Çelik açıqlama verib.

O, rəyə əsasən bildirib ki, nəticələr Güllünün yüksək dərəcədə alkoqol təsiri ilə yıxıldığı ehtimalını gücləndirir:

“Müvəkkilim Gül Tutun faciəli ölümü ilə bağlı Yalova Prokurorluğunun göstərişi əsasında Bursa Məhkəmə-Tibbi Ekspertiza İnstitutu tərəfindən hazırlanan toksikoloji rəy bizə təqdim olunub. Rəydə mərhum ifaçının qanında 3.53 promille etanol (spirt) və göziçi mayesində 343 mq/dl etanol müəyyən edildiyi qeyd olunur. Həmçinin qanında az miqdarda reseptlə istifadə etdiyi sakitləşdirici və mədə qoruyucu dərmanlar, sidikdə isə ağrıkəsici aşkarlanıb. Belə bir səviyyə, ciddi tarazlıq və koordinasiya pozuntusuna səbəb ola bilər. Daxili orqanlarda və mədə möhtəviyyatında zəhərli maddəyə rast gəlinməyib. Metanol, narkotik və ya digər zəhərləyici maddələr aşkarlanmayıb”, – deyə o qeyd edib.

Çelik bu nəticələrin mərhum müğənninin yüksək alkoqol təsiri altında təsadüfən yıxılma hadisəsi yaşadığı ehtimalını güclü şəkildə dəstəklədiyini vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv