Bakıda 122 yaşı olan bina söküləcək? – RƏSMİ CAVAB

Bakıda 122 yaşı olan bina söküləcək? – RƏSMİ CAVAB






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Bakı Şəhər İcra Hakimiyyəti, #Hakim, #Nazirlər Kabineti, #Qəzalı bina, #Qəzalı binalar, #Sosial şəbəkələr, #Yasamal Rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sovetski” ərazisində aparılan söküntü işlərində tarixi binalara zərər yetirilmir”.

presstvaz bildirir ki, bu barədə   Bakı Şəhər İcra Hakimiyyətindən verilən açıqlamada deyilir.

Qurum son günlər sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən Bakının Yasamal rayonunda, “Sovetski” adlanan ərazidə memarlıq üslublu binaların sökülməsi ilə bağlı məlumatların paylaşılmasını əsassız adlandırıb:

“Bu cür paylaşımlar ictimaiyyəti çaşdırmaq və süni narazılıq yaratmaq məqsədi daşıyır.

“Sovetski” ərazisində ümumilikdə 150-yə yaxın tarixi bina qorunub-saxlanılır. Bu işlərin gedişinə nəzarət etmək üçün bir neçə dövlət qurumunun nümayəndələrinin iştirakı ilə xüsusi komissiya da yaradılıb. Komissiya tərəfindən ərazidəki bütün arxitektur binaların tam siyahısı hazırlanıb. Hazırda yalnız istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan tikililərin söküntüsü həyata keçirilir. Bu proses tarixi binalara zərər yetirilmədən aparılır.

Qəzalı binaların söküntüsü başa çatdıqdan sonra isə ərazidə yerləşən arxitektur tikililərin bərpası, restavrasiyası və özüllərin bərkidilməsi işlərinin görülməsi planlaşdırılır.

Söküntü yalnız təhlükəli və yararsız vəziyyətdə olan binalara şamil olunur. Ərazidə yaşayan sakinlərə isə bazar dəyərinə uyğun kompensasiya ödənilir.

“Sovetski”də aparılan bütün proseslər qanun çərçivəsində və xüsusi komissiyanın nəzarəti altında həyata keçirilir”, – məlumatda qeyd olunub.\oxu.az/

12:44

Bakı şəhəri, Rza Quliyev küçəsi 4 ünvanında yerləşən binanın söküləcəyi iddia edilib.

presstvaz xəbər verir ki, bu barədə görüntülər sosial mediada paylaşılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən presstvaz-a verilən məlumata görə, sözügedən ünvanda yerləşən binanın sökülməsi nəzərdə tutulmayıb:

“1903-cü ildə inşa edilmiş və qeyd olunan ünvanda yerləşən yaşayış binası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib. Bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dəfələrlə vurğulanıb ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərini ictimaiyyəti çaşdıra biləcək əsassız məlumatların yayılmasından çəkinməyə çağırırıq”, – məlumatda qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv