Göygöldə Brendi-Konyak Günü keçirilib

Göygöldə Brendi-Konyak Günü keçirilib






presstv

"Presstv"az #Almaniya, #Audi, #Avstriya, #Azərbaycan, #Gəncə şəhəri, #göldə, #Hakim, #Heydər Əliyev, #III MDB Oyunları, #Konya, #Latviya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Göygöl rayonu kənd təsərrüfatı və turizm sahəsində zəngin potensiala malik olmaqla yanaşı, həm də üzümçülük və şərabçılıq ənənələri ilə seçilən bölgələrimizdəndir. Tarixi alman irsi ilə iç-içə olan Göygöl şəhəri bu sahədə illərdir formalaşmış istehsal mədəniyyəti və məhsul keyfiyyəti ilə tanınır.

Göygöldə şərab istehsalının ilkin tarixi 1860-cı ilə təsadüf edir. Bu tarix Azərbaycanda genişmiqyaslı şərabçılıq sənayesinin yaranmasının və onun sonrakı inkişafının başlanğıcı hesab olunur. Azərbaycanda ilk konyak zavodunun 1892-ci ildə Helenendorf kəndində (indiki Göygöl şəhəri) “Forer qardaşları” tərəfindən təməli qoyulub. 1895-ci ildə isə “Hummel qardaşları” tərəfindən Helenendorfda konyak zavodu açılıb.

Bu gün də bölgənin aparıcı istehsalçıları həm ənənəvi istehsal üsullarını qorumaqla, həm də müasir texnologiyaların tətbiqi ilə Azərbaycanın brendi və konyak istehsalında lider mövqelərini qoruyub saxlayır, məhsul keyfiyyəti ilə beynəlxalq bazarlarda tanınırlar.

Bu dəyərli irsin qorunması, inkişafı və yerli məhsulların tanıdılması məqsədilə müxtəlif təşəbbüslər həyata keçirilir. Növbəti atılan addım olaraq, yerli üzüm məhsullarının və brendi mədəniyyətinin təbliği məqsədilə Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Aqrar İnnovasiya Mərkəzi, Dövlət Turizm Agentliyi, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası və digər dövlət və özəl qurumların tərəfdaşlığı ilə 2025-ci il 4 oktyabr tarixində Göygöl şəhər Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında “Göygöl Brendi-Konyak Günü” tədbiri keçirilib.

Tədbirin açılış hissəsində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman, İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson, Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya, Avstriya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburq, İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tomas Ştəlin, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı müdiri Fuad Mollayev iştirak ediblər. Proqram çərçivəsində müxtəlif brendi konyak və üzüm məhsullarının təqdimatı, dequstasiyası və satış yarmarkalarının təşkili, içki istehsalı üzrə ustad dərsləri və brendi üzrə peşəkar yarışlar keçirilib, həmçinin, tədbir iştirakçıları üçün zövqlü musiqi proqramları, klassik musiqi axşamları, milli mətbəx guşələri, əl işləri sərgiləri və digər istirahət zonaları fəaliyyət göstərib.

Bu il Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı elan edilən Gəncə şəhərində keçirilən III MDB Oyunlarının iki idman növü üzrə yarışlarının təşkili Göygöl şəhərində nəzərdə tutulub. MDB oyunlarının keçirildiyi tarixlə Brendi-Konyak Gününün üst-üstə düşməsi Göygölə gələcək yerli və xarici qonaqlara xoş anlar yaşatmaqla yanaşı, yerli məhsulların daha geniş auditoriyaya tanıdılmasına, bölgənin turizm və istehsal potensialının nümayişinə xidmət edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv