Sərnişin təyyarəsi hara qədər uça və ya kosmosa çıxa bilərmi?

Sərnişin təyyarəsi hara qədər uça və ya kosmosa çıxa bilərmi?






presstv

"Presstv"az #Gəmi, #Kosmos, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Adətən hava yolu ilə səyahət edən insanlar düşünür ki, əgər təyyarə sadəcə yüksəlməyə davam etsə, buludları geridə qoyaraq kosmosa çata bilər. Lakin bu, mümkün deyil.

presstvaz "Qaynarinfo"ya istinadən xəbər verir ki, təyyarə, əslində, "hava gəmisi"dir.

Onun işləməsi üçün hava lazımdır: qanadların qaldırıcı qüvvə yaratması və mühərriklərin işləməsi üçün oksigen tələb olunur. Əgər hava yoxdursa, təyyarə sadəcə hərəkətini inersiya ilə davam etdirən alüminium parçasına çevrilir.

Atmosferin xüsusiyyətləri də nəzərə alınmalıdır: yüksəklik artdıqca hava seyrəlir, təzyiq və temperatur azalır. Bu səbəbdən təyyarə daha sürətli uçmalı olur. Lakin sərhəd var – təyyarə istənilən qədər sürətlənə bilmir, çünki müəyyən həddən sonra konstruksiya dağılacaq.

Diplomlu uçuş planlaşdırma dispetçeri Anastasiya Troya bildirir ki, sərnişin təyyarələrinin uçuş hündürlüyü orta hesabla 9-12 km-dir. Bəzi modellər 18 km yüksəklikdə uça bilər, lakin bundan yuxarı qalxmaq mümkün deyil. Məsələ yalnız hündürlükdə deyil, sürətdədir. Təyyarələrin orta sürəti 700-900 km/saatdır. Halbuki kosmosa çıxmaq üçün 25-30 min km/saat sürət lazımdır.

Troyanın sözlərinə görə, əgər pilot təsəvvürən yüksəlməyə davam etsə, nəticə eyni olacaq – təyyarə düşəcək. Yüksəklik artdıqca havadakı oksigen azalır. Oksigen olmadan nə qaldırıcı qüvvə, nə də mühərriklərin işi mümkündür. Kosmosda oksigen olmadığından sərnişin təyyarəsi oraya çata bilməz. Ekspert əlavə edir ki, real şəraitdə sərnişin təyyarəsi Yer atmosferini heç vaxt tərk edə bilməz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv