KİV: Trampın tətbiq etdiyi rüsumlar ABŞ-də qiymət artımına səbəb olub

KİV: Trampın tətbiq etdiyi rüsumlar ABŞ-də qiymət artımına səbəb olub






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #avtomobil ehtiyat hissələri, #Ayaqqabı, #Donald Tramp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də Donald Trampın administrasiyası tərəfindən tətbiq edilən idxal gömrük tarifləri konservləşdirilmiş şorbalardan avtomobil ehtiyat hissələrinə qədər müxtəlif məhsulların pərakəndə satış qiymətlərinə təsir göstərməyə başlayıb.

presstvaz bu barədə “Financial Times” qəzetinə istinadla xəbər verir.

ABŞ Əmək Statistikası Bürosunun məlumatına görə, 2025-ci ilin mart-avqust aylarında audio avadanlıqların qiymətləri 14%, paltarların qiyməti isə 8% artıb. Alət və məişət məhsullarının qiymətlərində artım 5% təşkil edib. Qəzet xatırladır ki, bu məhsulların əksəriyyəti ABŞ-yə idxal olunur.

Aparıcı pərakəndə satış şirkətləri “yumşaq” kateqoriyaya daxil olan 29 məhsulun 11-nin (mayka, köynək, ayaqqabı və s.) və “sərt” kateqoriyaya daxil olan 18 məhsulun 12-nin (velosipedlər, qabyuyan maşınlar və s.) qiymətlərini artırıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv