Bakıda bağçada uşaq ağır xəsarət aldı, təcili tibbi yardım çağırılmadı

Bakıda bağçada uşaq ağır xəsarət aldı, təcili tibbi yardım çağırılmadı






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Şəhəri üzrə Təhsil İdarəsi, #Hadisə, #Həkim, #Körpə, #Təcili Tibbi Yardım, #Təhsil, #Uşaq bağçası, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıdakı 291 saylı körpələr evi-uşaq bağçasında üç yaşlı körpə yıxılaraq ağır xəsarət alıb.

presstvaz Xəzər TV-yə istinadla xəbər verir ki, uşağın atası Elcan İdrisbəylinin iddiasına görə, yıxılaraq sifəti çapılan körpəyə nə ilkin tibbi yardım göstərilib, nə də təcili yardım çağırılıb.

“Hadisə baş verəndən sonra onu anasına elə üzüqanlı halda təhvil veriblər. Gəldim ki, bağçanın qabağında anası ilə uşaq çöldə qalıb, uşaqdan qan gedir – hər yeri qandır. Apardıq “Semaşko”ya. Elə yolda direktor bizi yığdı, heç uşağı soruşmadan dedi ki, bağçanın adını çəkmə”, – deyə Elcan İdrisbəyli bildirib.

Valideynlərinin təcili xəstəxanaya çatdırdığı uşağın sifətinə iki tikiş qoyulub, gözünə yaxın hissəyə isə tikiş atmaq mümkün olmayıb. Həkimlər bunun təhlükəli olduğunu bildiriblər.

“Gəldik direktora deməyə ki, bizə kamera görüntüsünü təqdim edin. Direktor bildirdi ki, dövlət bağçanı kamera ilə təmin etməyib”, – deyə Elcan İdrisbəyli əlavə edib.

Bağçanın direktoru Sahibə xanım isə hadisədən vaxtında xəbərdar edilmədiyini, bütün məsuliyyətin müəllimədə olduğunu bildirib: “Müəllimə mənə vaxtında xəbər verməyib. İzahatını da almışam”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə məsələ ilə bağlı tamamilə başqa açıqlama verilib. Bildirilib ki, 30 sentyabr saat 11:00 radələrində 291 saylı körpələr evi-uşaq bağçasının orta yaş qrupunda uşaqlardan biri yıxılıb və xəsarət alıb. Dərhal bağçanın tibb bacısı tərəfindən ilkin tibbi yardım göstərilib və uşağın valideyninə xəbər verilib. Uşaq valideyni ilə səhiyyə müəssisəsinə aparılıb. Bağçanın tərbiyəçi-müəllimi ilə bağlı tənbeh tədbiri görülüb. Valideynlə əlaqə saxlanılıb, uşağın vəziyyəti qənaətbəxşdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv