Gürcüstanda bələdiyyə seçkisinin ilkin nəticələri açıqlandı: Kaxa Kaladze Tbilisi meri seçildi

Gürcüstanda bələdiyyə seçkisinin ilkin nəticələri açıqlandı: Kaxa Kaladze Tbilisi meri seçildi






presstv

"Presstv"az #Audi, #Bələdiyyə, #Bələdiyyə seçkisi, #Gürcüstan, #Hakim, #Mərkəzi Seçki Komissiyası (MSK), #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstanda bələdiyyə seçkisinin ilkin nəticələri açıqlanıb.

Bülletenlərin 99,4%-i hesablandıqdan sonra hakim Gürcü Arzusu – Demokratik Gürcüstan partiyasından Tbilisi merliyinə namizəd Kaxa Kaladze 71,588% səs toplayıb.

presstvaz xəbər verir ki, bu rəqəmləri Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) yayıb.

İkinci yerdə 12,43% səslə “Güclü Gürcüstan” və “Gürcüstan naminə Qaxariya” partiyalarından merliyə namizəd İrakli Kupradze qərarlaşıb. İlk üçlüyü 7,5% səslə liberal “Girçi” partiyasının nümayəndəsi İaqo Xviçia tamamlayır.

22:08

Gürcüstanda keçirilən yerli özünüidarəetmə seçkisində 1 438 116 vətəndaş iştirak edib.

presstvaz xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoseliani səsvermənin başa çatması ilə əlaqədar keçirilən brifinqdə məlumat verib.

Bildirilib ki, ölkə üzrə seçicilərin 40.93 faizi seçkidə iştirak edərək öz səsvermə hüququndan istifadə edib. Səsvermə prosesi sakit və təhlükəsiz şəraitdə keçib.

10:02

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına seçki keçirilir.

presstvaz-ın Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, səsvermə prosesi axşam saat 20:00-da başa çatacaq.

Vətəndaşlar 64 dairədə bələdiyyə məclislərinin üzvlərini, həmçinin 64 şəhərin merini seçəcəklər.

Paytaxt Tbilisinin meri vəzifəsi uğrunda doqquz namizəd yarışır. Onların arasında hakim Gürcü Arzusu Partiyasından olan hazırkı mer Kaxa Kaladze də var.

Ümumilikdə 3.5 milyondan çox seçici səsvermə hüququna malikdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv