Hökmdən yeni ittihama – Diddi yenə cinsi təcavüzdə günahlandırıldı

Hökmdən yeni ittihama – Diddi yenə cinsi təcavüzdə günahlandırıldı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Hadisə, #Los-Anceles, #Nyu-York, #Şon Kombs)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də insan alveri ittihamında təqsirli bilinən məşhur reper Diddi (əsl adı – Şon Kombs) barəsində daha bir ittiham irəli sürülüb.

presstvaz bu barədə TMZ portalına istinadla xəbər verir.

Məlumata görə, Leyana Ripli Diddini cinsi təcavüzdə ittiham edib və ona qarşı iddia qaldırıb.

Məhkəmə sənədlərinə əsasən, hadisə 1 noyabr 2016-cı ildə Los-Ancelesdəki “Playhouse” gecə klubunda baş verib. Həmin vaxt Ripli özünün 20 yaşını qeyd edirmiş. Onun sözlərinə görə, Diddi imtinalarına baxmayaraq, onu təklif etdiyi içkini içməyə məcbur edib. Daha sonra isə reper ona qarşı cinsi zorakılıq hərəkətləri törədib. Ripli müqavimət göstərməyə çalışanda isə Kombs “Mən istədiyimi edirəm, ona görə də təslim ol”, – deyə cavab verib.

Hadisədən sonra qadında başgicəllənmə və dezoriyentasiya yaranıb, bədənində qançırlar, həmçinin cinsiyyət orqanlarında zədələr aşkarlanıb. O, yaşadığı psixoloji travmanı da vurğulayıb.

Zərərçəkmiş məhkəmə vasitəsilə maddi kompensasiya tələb edir. Onun işini reperə qarşı oxşar iddialar qaldırmış yüzdən çox müştərini təmsil edən vəkil Toni Buzbi aparır.

Xatırladaq ki, Nyu-York reperi insan alveri ittihamı üzrə iki epizodda təqsirli bilib və onu dörd il iki ay müddətinə azadlıqdan məhrum edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv