Pol Poqba Fransa millisinə qayıda bilər

Pol Poqba Fransa millisinə qayıda bilər






presstv

"Presstv"az #Audi, #Fransa, #Futbol, #Pol Poqba

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa millisinin baş məşqçisi Didye Deşam “Monako”nun yarımmüdafiəçisi Pol Poqbanın komandaya mümkün qayıdışından danışıb.

presstvaz xəbər verir ki, Goal.com məlumat yayıb.

“O, yenidən futbolçu olmağa yaxınlaşır. Milli komandaya gəlincə, onun qayıtmaq istədiyinə şübhəm yoxdur. Bu onun məqsədidir. Amma əvvəlcə o, bir neçə mərhələdən keçməlidir. Birincisi, “Monakoda” oynamaqdır. Ümid edirəm ki, o uğur qazanar. Bu onun üçün mühüm addım və böyük sevinc olacaq.

Nəticəni sonra görəcəyik. İndi “hə” desəm, hamı onun artıq qayıtdığını düşünəcək. “Yox” desəm, axmaq olduğumu düşünəcəklər. Ona görə də ən yaxşı seçim ona bu ilk mərhələdə uğurlar arzulamaqdır”, – deyə Deşam bildirib.

Xatırladaq ki, Poqba yay transfer pəncərəsi zamanı “Monako” ilə pulsuz transferə imza atıb. Fransız futbolçu dopinqdən istifadə etdiyinə görə uzun müddətə diskvalifikasiya olunmuşdu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv