İpoteka kreditlərinə tələb niyə azalıb? – RƏSMİ AÇIQLAMA

İpoteka kreditlərinə tələb niyə azalıb? – RƏSMİ AÇIQLAMA






presstv

"Presstv"az #Audi, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İpoteka kreditləşməsi son illərdə ümumilikdə artım nümayiş etdirsə də, son dövrlərdə artım tempi azalmaqdadır.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarımillik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.

Sənədə əsasən, 2020-ci ildən etibarən ipoteka kreditlərinin həcmi yüksəlib, lakin 2023-cü ildən etibarən artım tempində azalma müşahidə olunub:

“Bu azalma həm tələb, həm də təklif amilləri ilə izah oluna bilər. Belə ki, ev qiymətlərinin yüksək artım tempi və yeni verilən ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artımı ipoteka kreditlərinə olan tələb artımının səngiməsinə səbəb olub. Eyni zamanda, İpoteka Kredit Zəmanət Fondu hesabına verilən ipoteka kreditlərinin limitli olması və bankların maliyyələşmə strukturu onların öz vəsaitləri hesabına ipoteka kreditləşməsi imkanlarını məhdudlaşdırır”.

Qeyd olunub ki, 2025-ci ilin ilk yarısında mənzil qiymətlərinin artım tempi, həmçinin yeni verilən daxili ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artımı əlçatanlıq indeksində azalmanı şərtləndirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv