Qərbi Azərbaycan Xronikası: Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayacaq

Qərbi Azərbaycan Xronikası: Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayacaq






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Deportasiya, #Hadisə, #İlham Əliyev, #Novruz bayramı, #YouTube, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

presstvaz xəbər verir ki, “Kəndimiz üçün qərbisəyəndə, yadıma biçilmiş otun iyisi düşür” adlı veriliş Ağbaba mahalının Amasiya rayonunun Balıqlı kənd sakini Avtandil Məmmədovun həyat hekayəsinə həsr olunub.

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində hazırlanan reportajda Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların acı həyat hekayələri işıqlandırılıb. Balıqlı kənd sakini A.Məmmədov öz xatirələri ilə deportasiya taleyini əks etdirən faktları bölüşüb.

1955-ci il təvəllüdlü A.Məmmədov, 33 yaşına qədər kənddə keçən uşaqlıq və gənclik illərindən danışıb. O, biçilmiş otun iyini, Çaldaşdan Arpa gölünə açılan mənzərəni, Novruz bayramı və toy mərasimlərinin təntənəsini unuda bilmədiyini bildirib. Sakin vurğulayıb ki, Ağbaba ərazisində heç vaxt erməni yaşamayıb, bu ərazilər sırf azərbaycanlıların yurdu olub. O, 1940-cı illərdə Xançallı kəndinin Balıqlıya köçürüldüyünü və o tayfalara aid qəbiristanlıqların 1988-ci ilə qədər qaldığını söyləyib.

A.Məmmədov ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri xatırlayaraq, 1918-ci ildə Şiştəpə kəndində uşaq, qoca və qadınların öldürülərək şişə taxıldığını qeyd edib. Həmçinin Axıskada türklərin və azərbaycanlıların vəhşiliklə qırılmasından danışıb.

Balıqlı kənd sakininin sözlərinə görə, 1988-ci ilin yayında kənddə hadisələr başlayıb, lakin əhalinin kütləvi köçü 7 dekabr zəlzələsindən sonra sürətlənib. A.Məmmədov bildirib ki, zəlzələnin yaratdığı çətinliklər səbəbindən insanlar Qaraxaç dağ yolu ilə Borçalıya getmək məcburiyyətində qalıblar. O, özü də 5 nəfərlik ailəsi ilə əvvəlcə Borçalıya gəldiyini, daha sonra isə Sumqayıtda məskunlaşdığını qeyd edib.

Vətən həsrətinin izah olunmayan bir duyğu olduğunu söyləyən A.Məmmədov, doğma kəndə qayıtmaq arzusunu dilə gətirib və “Biz doğma torpağımıza mütləq qayıdacağıq” deyə vurğulayıb.

Qeyd edək ki, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri və doğma yurda qayıtmaq arzusunu əks etdirir.

Qərbi Azərbaycan Xronikası layihəsi tarixi torpaqlarımızın adının yaşadılması, azərbaycanlıların deportasiyaya məruz qalması faktlarının dünya ictimaiyyətinə çatdırılması məqsədi daşıyır. Layihə Prezident İlham Əliyevin fikirlərinə əsaslanaraq Qayıdış Konsepsiyasının təbliğini də özündə ehtiva edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv