Alparslan Bayraktar: “Avropa Azərbaycandan qaz tədarükündə bir-birilə uyğunlaşan siyasət yeritmir”

Alparslan Bayraktar: “Avropa Azərbaycandan qaz tədarükündə bir-birilə uyğunlaşan siyasət yeritmir”






presstv

"Presstv"az #Alparslan Bayraktar, #Audi, #Avropa, #Azərbaycan, #Qış mövsümü, #Rusiya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rusiya, Azərbaycan, Türkmənistandan mümkün olduğu qədər çox təbii qaz almalıyıq”.

presstvaz-ın “CNN Türk” telekanalına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

“Qış mövsümü yaxınlaşır. Vətəndaşlarımıza “qaz yoxdur” deyə bilmərik. Bizim Rusiyadan, Azərbaycandan və Türkmənistandan mümkün olan qədər qaz almalıyıq. Təchizat üçün ayrı-seçkilik olmadan bu resurslara çıxışı təmin etməliyik”, – deyə o vurğulayıb.

Nazir əlavə edib ki, Avropa Azərbaycandan qaz tədarükü məsələsində bir-birinə uyğun gələn siyasət yeritmir: “Bir tərəfdən Avropanın qaza ehtiyacı olduğu görünür. Azərbaycan Avropaya daha çox qaz tədarük etmək istəyir. Lakin hasilatı artırmaq üçün sərmayə qoymalıdır. Avropa ölkələri bu mənada bir-birinə uyğun gələn siyasət yeritmir”, – deyə nazir vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv