“Məlhəm”də doğuşu qəbul edən həkim ixtisasca bioloqdur? – İddialara RƏSMİ CAVAB

“Məlhəm”də doğuşu qəbul edən həkim ixtisasca bioloqdur? – İddialara RƏSMİ CAVAB






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Audi, #Azərbaycan, #Azərbaycan Tibb Universiteti, #Bakı, #Bakı Dövlət Universitetini, #Həkim, #Həkim səhlənkarlığı, #Körpə, #Səhiyyə Nazirliyi, #Sosial şəbəkələr, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bacımın doğuşunu gerçəkləşdirən Pərvin Xəlilova Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin məzunu imiş”.

presstvaz  Oxu.az-a istinadən xəbər verir ki, bunu ötən gün bacısının körpəsinin doğum zamanı həkim səhlənkarlığı nəticəsində səhhətinin ağır olmasını ictimailəşdirən yazar Ulucay Akif bildirib.

“Biologiya fakültəsinin məzunu necə həkim kimi fəaliyyət göstərir? Xəstəxana rəhbərliyi necə belə işə yol verir?” – deyə U.Akif yazıb.

Məsələ ilə bağlı presstvaz-ın sorğusuna cavab olaraq “Məlhəm” hospitalının icraçı direktoru Sevinc Əlizadə iddianı tam əsassız adlandırıb.

“İrəli sürülən iddiaların heç bir əsası yoxdur. Pərvin xanım 2006-cı ildən həkim kimi fəaliyyətə başlayıb. 2024-ci ildən isə “Məlhəm” hospitalında işləyir. 2009, 2014, 2019 və 2025-ci illərdə təkmilləşdirmə kursları keçib. 2025-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda sertifikasiyadan keçib. Diplomun və lisenziyanın fotolarını da sizə təqdim edirik. Lisenziya hər beş ildən bir verilir, hələ lisenziya vaxtı bitməyib”, – deyə S.Əlizadə bildirib.

Oxu.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, vətəndaş hər hansı həkimin səhlənkarlığı ilə üzləşdiyini hesab edirsə, bu barədə hüquq-mühafizə orqanlarına müraciət edə bilər.

“Belə hallarda məhkəmə-tibbi ekspertizası təyin olunur və yalnız rəsmi ekspertiza nəticəsində müalicə prosesinə obyektiv qiymət verilir.

Həkim Pərvin Xəlilovanın təhsili ilə bağlı iddialara gəldikdə sosial şəbəkələrdə yayılan iddiaların əksinə olaraq, Pərvin Rövşən qızı Xəlilova 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib (Diplom № BB-I N 001073). O, 2009-cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda mamalıq və ginekologiya üzrə ixtisasartırma kursunu başa vurub. Hazırda onun adı Səhiyyə Nazirliyinin “Tibb İşçilərinin Vahid Reyestri”ndə həkim kimi qeydiyyatdadır.

Analitik Ekspertiza Mərkəzi yalnız təsdiqedici sənədlərlə daxil olmuş rəsmi müraciətlər əsasında araşdırmalar aparır. Zərurət yarandıqda isə qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir”, – deyə məlumatda vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv