Almaniyanın “Uniper” şirkəti ilə SOCAR arasında əlavə qaz həcmlərinin satın alınmasına dair fikir mübadiləsi aparılıb

Almaniyanın “Uniper” şirkəti ilə SOCAR arasında əlavə qaz həcmlərinin satın alınmasına dair fikir mübadiləsi aparılıb






presstv

"Presstv"az #(SOCAR), #Almaniya, #Audi, #Avropa, #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın “Uniper SE” şirkəti arasında potensial əlavə qaz həcmlərinin alınması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

presstvaz xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Məlumata görə, Azərbaycan şirkəti ilə “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəfin “Uniper SE”nin baş kommersiya direktoru, “Uniper Global Commodities SE”nin baş icraçı direktoru Karsten Poppinqa ilə görüşü keçirilib.

Görüşdə SOCAR-la “Uniper” arasındakı uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, şirkətlərin strateji inkişaf hədəflərindən və əldə olunan nailiyyətlərdən bəhs edilib.

Söhbət zamanı “Uniper” şirkətinin Azərbaycan qazını alıb Avropa bazarına çıxaran əsas tərəfdaşlardan biri qismində fəaliyyəti qeyd olunub, şirkətlər arasında “Upstream” sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadilələrinin həyata keçirilməsi istiqamətində atılan addımlar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv