TRT-nin əməkdaşı Qəzza zolağında həlak olub

TRT-nin əməkdaşı Qəzza zolağında həlak olub






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Azərbaycan Mətbuat Şurası, #Başsağlığı, #Hadisə, #Jurnalistlər, #Mətbuat Şurası, #Müharibə, #Münaqişə, #Qəzza, #Qəzza zolağı, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzak Qəzza zolağında həlak olub.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurası məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağında Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzakın həlak olması böyük faciədir:

“Hadisə jurnalistikanın təhlükəli peşə reallığını bir daha sübuta yetirir, zaman-zaman müzakirəsi aparılan media və ekstremal şəraitlər mövzusunu ön plana çıxarır.

Müharibə və münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin üzləşdikləri faciələr, eyni zamanda, söz və ifadə azadlıqlarına, informasiya almaq hüququna zidd təmayül kimi meydana çıxır. Təəssüf ki, beynəlxalq aləm bu cür mənfi təmayüllərin qarşısında acizdir. Y.Bərzak da məhz həmin acizliyin növbəti qurbanıdır.

Müasir müstəqilliyi dövründə iki müharibə görmüş Azərbaycan jurnalistikasının da onun kimi qurbanları olub.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Y.Bərzakın Qəzzada həyatını itirməsindən dərin kədər hisslərini ifadə edərkən dünyanın müharibələrdən, münaqişələrdən və onların doğurduğu jurnalist ölümlərindən də uzaq məkana çevrilməsini arzulayır, TRT telekanalının timsalında bütövlükdə qardaş ölkə mediasına başsağlığı verir, mərhumun həmkarlarının və yaxınlarının üzüntülərini bölüşür, onlara səbir və dözüm diləyirlər.

Allah rəhmət eləsin!” – deyə məlumatda bildirilir.

Eyni zamanda, MEDİA “X” hesabında paylaşım edib:

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Qəzzada peşə borcunu yerinə yetirərkən həyatını itirən jurnalist Yahia Barzaqın həlak olması ilə bağlı Türkiyə ictimaiyyətinə, TRT ailəsinə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv