Azərbaycan aviasiyasında yeni mərhələ: Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal innovasiya xəritəsinə qoşuldu

Azərbaycan aviasiyasında yeni mərhələ: Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal innovasiya xəritəsinə qoşuldu






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Bakı, #Heydər Əliyev, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin təhlükəsizliyi və komfortunu prioritet tutaraq daha bir strateji nailiyyətə imza atıb.

presstvaz xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın əsas hava qapısı olan aeroportun texniki infrastrukturuna dünyanın qabaqcıl şirkətlərindən biri – “ResQtec” tərəfindən hazırlanmış “Rapid Recovery System (R2S)” texnologiyası əlavə olunub.

Aviasiya sənayesində “qızıl standart” sayılan “R2S” sistemi təyyarələrin yerüstü hərəkətini daha sabit və təhlükəsiz edir, uçuşların fasiləsizliyinə şərait yaradır. Texnologiyanın üstünlüyü ondadır ki, bütün proses tək addımla və kəsilmədən həyata keçirilir, əlavə müdaxilə ehtiyacını minimuma endirərək əməliyyatları daha çevik və etibarlı edir. Əlavə olaraq, bu proses yalnız sərnişinlərin tam şəkildə təyyarəni tərk etməsindən sonra icra olunur.

Hazırda regionda bu texnologiyaya malik yeganə hava limanı məhz Heydər Əliyev Beynəlxalq Aeroportudur. Bu nailiyyət Azərbaycanı yalnız coğrafi qovşaq deyil, həm də texniki etibarlılıq baxımından tranzit üçün ən güvənli seçimə çevirir və beynəlxalq trafiklər üçün cəlbediciliyini artırır.

Yeni texnologiyanın tətbiqinə hazırlıq çərçivəsində əməkdaşlar “ResQtec”in beynəlxalq təlim proqramlarını uğurla tamamlayıblar. Əvvəlcə Çexiyada keçirilən kurslar, ardınca isə Bakıda təşkil olunan intensiv 5 günlük proqram nəticəsində mütəxəssislər avadanlığın idarə olunması üzrə ən müasir biliklərə yiyələniblər.

“ResQtec” texnologiyaları artıq qlobal səviyyədə Toronto, Manas, Vyana, Cenevrə, Tallin, Ostrava, Çangi kimi aparıcı hava limanlarında, eləcə də “Qatar Airways”, “Air France”, “Etihad Airways”, “Air Canada” kimi nüfuzlu aviaşirkətlərdə uğurla tətbiq olunur. Azərbaycanın bu ekosistemə qoşulması ölkəmizin qlobal aviasiya ailəsində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.

“ResQtec” texnologiyasının tətbiqi Azərbaycanın aviasiya infrastrukturunun modernləşməsi yolunda mühüm mərhələdir. Bu addım daha yüksək etibar deməkdir, eyni zamanda, ölkəmizin beynəlxalq aviasiya ailəsində güclənən mövqeyinin göstəricisidir”, – deyə Azərbaycan hava limanlarının əməliyyatlar üzrə direktoru Teymur Həsənov vurğulayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportu bundan sonra da innovativ texnologiyalara investisiya etməklə modernləşmə siyasətini davam etdirəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv