Mourinyo: “Əsl problem “Çelsi”yə yox, “Qarabağ”a uduzmaqdır”

Mourinyo: “Əsl problem “Çelsi”yə yox, “Qarabağ”a uduzmaqdır”






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Azərbaycan, #Joze Mourinyo, #Mətbuat konfransı, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Problem bugünkü məğlubiyyətdə deyil, “Qarabağ”a uduzmaqdadır. Bu gün də üç xalımız olmalı idi. Ancaq bunu başqa yerdə qazanmalıyıq. Hesab edirəm ki, bu gün heç olmasa bir xal almaq üçün kifayət qədər çalışdıq, amma alınmadı”.

presstvaz xəbər verir ki, bunu Portuqaliya təmsilçisi “Benfika”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Çelsi”yə 0:1 hesabı ilə məğlubiyyətdən sonra mətbuat konfransında deyib.

Mourinyo debüt matçında məğlubiyyətin səbəbini əvvəlki oyuna bağlayıb.

“Biz təşkilatlanmış oynadıq, “Çelsi”ni yaxşı öyrənmişdik və onun meydandakı sxemlərinə qarşı uğurla mübarizə apardıq. Müdafiədə əla təsir bağışladıq, amma sonradan çətinliklər yarandı. Üç mərkəz yarımmüdafiəçimiz sarı vərəqə aldı və çoxsaylı dəyişikliklər etməli olduq. Bunun öhdəsindən də yaxşı gəldik. Çalışdıq, amma kifayət etmədi. Yenə də təəssürat müsbətdir”, – o bildirib.

Qeyd edək ki, əvvəlki turda “Benfika” doğma meydanda Azərbaycan təmsilçisi “Qarabağ”a 2:3 hesabı ilə uduzmuşdu. Həmin məğlubiyyətdən sonra baş məşqçi Brunu Laje istefaya göndərilmiş, onun yerinə Joze Mourinyo təyin olunmuşdu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv