ÜST maliyyə çatışmazlığı fonunda ixtisarlara gedir

ÜST maliyyə çatışmazlığı fonunda ixtisarlara gedir






presstv

"Presstv"az #ABŞ, #Audi, #Dollar, #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maliyyə böhranı ilə üzləşib və bu səbəbdən işçi sayını azaltmağa məcbur olur.

presstvaz TASS-a istinadən xəbər verir ki, təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus məsələ ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, bu ilin mayında Ümumdünya Səhiyyə Assambleyası tərəfindən qəbul edilən büdcə təşkilatdan ciddi və zəruri qərarlar tələb edir.

“Biz ilk növbədə rəhbər heyətin və direktorların sayını iki dəfə azaltdıq. Hazırda mövcud resursları nəzərə alaraq mənzil-qərargahımızın strukturunun yenidən təşkili mərhələsini demək olar ki, başa çatdırmışıq”, – deyə Qebreyesus bildirib.

Baş direktor əlavə edib ki, digər tədbirlər arasında səfərlərin kəskin şəkildə azaldılması da yer alır. O, həmçinin 2022-ci ildə qəbul edilən və dövlətlərin ÜST büdcəsinə məcburi üzvlük haqlarının tədricən artırılmasını nəzərdə tutan qərarı müsbət qiymətləndirib.

Qebreyesusun sözlərinə görə, bu addımlar maliyyələşmədəki azalmanın təsirlərini qismən yumşaldır və təxminən 900 iş yerinin qorunmasına imkan verir. Bununla belə, ÜST rəhbəri qeyd edib ki, bu kifayət deyil və təşkilat büdcə ixtisarı ilə yanaşı işçi sayının azaldılmasından başqa çıxış yolu görmür.

Xatırladaq ki, ÜST-yə üzv ölkələr may ayında 2026-2027-ci illər üçün 4.2 milyard dollarlıq azaldılmış büdcəni təsdiqləyiblər. İlkin olaraq 5.3 milyard dollar nəzərdə tutulsa da, büdcə 21% azaldılıb.

Büdcə ixtisarının əsas səbəblərindən biri təşkilatın ən böyük donorlarından olan ABŞ-ın ÜST-dən çıxmasıdır. ABŞ 2026-cı ildən etibarən təşkilatın üzvü olmayacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv