Bu əlamətlər ağır xəstəliyin xəbərçisidir

Bu əlamətlər ağır xəstəliyin xəbərçisidir






presstv

"Presstv"az #Demensiya, #Hadisə, #Həkim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyalı nevroloq Olqa Zinçeva demensiyanın ilkin əlamətləri barədə danışıb.

presstvaz xəbər verir ki, nevroloqun sözlərinə görə bu xəstəlik beyin strukturlarının zədələnməsi nəticəsində inkişaf edir və yaddaş, diqqət, nitq, düşünmə, gündəlik fəaliyyətlər kimi koqnitiv funksiyaların pozulması ilə müşayiət olunur.

Demensiya əvvəlcə insanın gündəlik həyatına təsir edir, iş və məişət işlərini çətinləşdirir, gec mərhələdə isə şəxsiyyətin dərin dağılmasına gətirib çıxarır.

Ən erkən simptomlardan biri qısamüddətli yaddaşın zəifləməsidir. İnsan yaxınlarının adını unuda, son günlərdə baş verən hadisələri xatırlamaya, tanış marşrutlarda çaşa bilər. Bəzi hallarda pasiyentlər eyni sualı dəfələrlə təkrarlayır.

Xəstəliyin başlanğıcında səbəbsiz depressiv hallar da tez-tez rast gəlinir. Pasiyentlərdə kədərli əhval, təşviş, şübhəçilik və inamsızlıq yaranır. Digər vacib əlamət isə məişətdə səliqəsizlikdir – insan şəxsi gigiyenaya laqeyd yanaşır, geyim və xarici görünüşünə fikir vermir. Zamanla vaxt və məkanda orientasiya da pozulur, dərmanların qəbulu və gündəlik rejim qarışır.

Zinçeva qeyd edib ki, intellektual qabiliyyətlər də zəifləyir: sadə hesablamaları və alış-verişi etmək çətinləşir, fikirlərini aydın ifadə etmək və sözləri seçməkdə problem yaranır. Bəzi hallarda isə hallüsinasiyalar müşahidə olunur.

Nevroloq vurğulayıb ki, demensiyadan şübhələndikdə vaxtında həkimə müraciət etmək vacibdir. Diaqnoz xüsusi testlər və müayinələr əsasında qoyulur, daha sonra müalicə təyin edilir. Profilaktika üçün isə koqnitiv funksiyaların mütəmadi məşqi, aktiv həyat tərzi və ümumi sağlamlığın qorunması əsas amillərdir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv