3 dəqiqəyə sınıqları sağaldan gel hazırlanıb

3 dəqiqəyə sınıqları sağaldan gel hazırlanıb






presstv

"Presstv"az #Araşdırma, #Cənubi Koreya, #Çin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çinli alimlər tibbdə inqilabi yeniliyə imza atıb.

presstvaz xəbər verir ki, bu yenilik Çinin Çjeczyan (Zhejiang) vilayətindən olan elmi araşdırma qrupu tərəfindən təqdim edilib. Onlar cəmi 3 dəqiqə ərzində sınıqları sağalda bilən xüsusi gel hazırlayıb. Bu gel, sümük toxumasını möhkəm bir şəkildə birləşdirən və bərpa prosesini sürətləndirən yüksək effektivliyə malik bioloji yapışdırıcıdır.

Yeni hazırlanmış bu gel isə həm biouyğunluq, həm də yüksək yapışma qabiliyyəti baxımından əvvəlki texnologiyalardan fərqlənir. Tətbiq edildikdən sonra cəmi 3 dəqiqə ərzində sümük səthlərini birləşdirir və möhkəm bərpa təmin edir. Bu yenilik travmatologiya və ortopediya sahəsində əməliyyatların daha az invaziv və daha sürətli olmasına imkan verəcək.
Hazırda gelin klinik sınaqları davam etdirilir və gələcəkdə onun geniş tibbi istifadəyə verilməsi gözlənilir.
Xatırladaq ki, ötən həftə Cənubi Koreya və Amerikalı alimlər unikal tibbi cihaz hazırlayıblar – əməliyyat zamanı birbaşa zədə yerində sümük greftlərini 3D çap etməyə qadir olan dəyişdirilmiş "yapışqan tapança".

Hər iki kəşf travmatologiya sahəsində çox böyük irəliləyiş sayılır.(saglamolun.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv