Fazil Novruzov: “Hazırkı rəqəmsal mühitdə cəmiyyətin informasiya təhlükəsizliyi kritik əhəmiyyət daşıyır”

Fazil Novruzov: “Hazırkı rəqəmsal mühitdə cəmiyyətin informasiya təhlükəsizliyi kritik əhəmiyyət daşıyır”






presstv

"Presstv"az #Audi, #Audiovizual Şura, #Azərbaycan, #Özbəkistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hazırkı rəqəmsal mühitdə cəmiyyətin informasiya təhlükəsizliyi kritik əhəmiyyət daşıyır”.

presstvaz xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzusunda panel sessiyada çıxış edərkən deyib.

O bildirib ki, yoxlama və monitorinq mərhələsində maliyyə və metodoloji problemlər mövcuddur.

“Hazırkı rəqəmsal mühitdə cəmiyyətin informasiya təhlükəsizliyi kritik əhəmiyyət daşıyır. Bu səbəbdən, maliyyə və resurslarının məhdudluğuna baxmayaraq, həm dövlət, həm media, həm də ictimaiyyət bu istiqamətdə təxirəsalınmaz və davamlı fəaliyyət etməlidir. Əks təqdirdə, texnoloji yeniliklərin, süni zəkanın tətbiqinin, müasir kommunikasiyaların cəmiyyətimizin inkişafına deyil, onun əksinə xidmət etmək təhlükəsi yaranır”, – deyə F.Novruzov əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv