Messi karyerası ilə bağlı qərarını verdi

Messi karyerası ilə bağlı qərarını verdi






presstv

"Presstv"az #Argentina, #İnter Mayami, #Lionel Messi, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Argentinalı hücumçu Lionel Messi "İnter Mayami" ilə yeni müqavilənin bütün şərtlərinə razılaşıb.

presstvaz-ın məlumatına görə, bu barədə insayder jurnalist Nikolo Şira özünün "X" səhifəsində yazıb.

Messinin hazırkı müqaviləsi ilin sonuna qədərdir.

İyul ayında jurnalist Havi Kampos bildirib ki, Messi növbəti Dünya Çempionatında (2026) və Amerika Kubokunda (2028) oynamaq istədiyi üçün klubla müqaviləsini 2028-ci ilin sonuna qədər uzatmaq niyyətindədir.

38 yaşlı Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edib. Messi karyerası ərzində "Barselona" və "Paris Sen-Jermen"də çıxış edib. Argentinalı səkkiz "Qızıl top" mükafatını qazanıb. Argentina milli komandası ilə 2022 Dünya Kubokunu, 2021 və 2024 Copa America, 2022 Finalissima və 2008 Olimpiya Oyunlarını qazanıb. /Report


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv