Gürcüstan televiziyasında Azərbaycan mahnısı – Video

Gürcüstan televiziyasında Azərbaycan mahnısı – Video






presstv

"Presstv"az #Avroviziya, #Azərbaycan, #Gürcüstan, #Leyla Əliyeva, #Polad Bülbüloğlu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstanın İctimai Yayımçısı olan Birinci kanalın “Ranina” uşaq müsabiqəsində Azərbaycan mahnısı təqdim olunub.

Kult.az Teleqraf-a istinadən xəbər verir ki, layihənin ikinci turunda ilk çıxış edən Tiflisdən olan iştirakçı 12 yaşlı Qabriel Bodaveli musiqisi Tofiq Quliyevə, sözləri Zeynal Cabbarzadəyə aid və Şövkət Ələkbərovanın repertuarından olan “Tez gəl” (“Yar gəlir görüşə”) mahnısını ifa edib.

Mahnıda muğam parçasına da yer verilib, ifaçını səhnədə aşıq Nargilə Mehtiyeva sazda müşayiət edib. Azərbaycan dilində ifanın düzgün təqdim olunması üçün məşqlərdə N.Mehtiyeva ilə yanaşı Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva da yaxından iştirak edib.

Q.Bodavelinin Azərbaycan dilində ifasını münsiflər heyəti və tamaşaçılar alqışlarla qarşılayıblar. Jüri üzvləri onun ifasını bütün göstəricilər üzrə 9 və 10 xalla qiymətləndiriblər.

Qeyd edək ki, VIII mövsümdür təşkil olunan “Ranina” müsabiqəsində 8 yaşdan 14 yaşadək ifaçılar yarışır. Müsabiqənin bir mərhələsində iştirakçılar xarici ölkələrin tanınmış mahnılarını ifa edirlər.

Yarışmanın qalibi Gürcüstanı builki “Avroviziya” Uşaq Mahnı Müsabiqəsində təmsil edəcək. Müsabiqə dekabrın 13-də Tiflisdə keçiriləcək.

Xatırladaq ki, “Ranina”nın əvvəlki mövsümlərində də Azərbaycan mahnıları təqdim olunub. Müsabiqənin V mövsümündə Oto Bazeraşvili Polad Bülbüloğlunun “Aman, aman ayrılıq” mahnısını, VI mövsümündə isə Anastasiya Vasadze “Laçın” xalq mahnımızı ifa edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv