Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində saziş imzalandı

Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində saziş imzalandı






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Alparslan Bayraktar, #Donald Tramp, #Rəcəb Tayyib Ərdoğan, #Rusiya, #Suriya, #təyyarə, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ prezidenti Donald Tramp altı ildən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ağ Evdə qəbul edib.

presstvaz xarici mediaya istinadla xəbər verir ki, oval ofisdə baş tutan görüşdə tərəflər Türkiyənin F-35 proqramına qayıdışı, S-400 raket sisteminə görə tətbiq edilən sanksiyalar, Boeing müqaviləsi, Suriya və Rusiya məsələlərini müzakirə ediblər.

Tramp görüşdən sonra qısa açıqlama verərək "Gözəl görüş oldu" deyib, amma əlavə təfərrüat paylaşmayıb.

Prezident Ərdoğanı müşayiət edən energetika naziri Alparslan Bayraktar səfər zamanı ABŞ ilə nüvə enerjisi sahəsində müqavilə imzalandığını açıqlayıb. Nazir sosial şəbəkədə yazıb:

"Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində köklü və çoxölçülü tərəfdaşlığı daha da dərinləşdirəcək yeni bir proses başlatdıq".

ABŞ-ın Ankaradakı səfiri Tom Barak isə iki ölkə arasında Boeing müqaviləsinin tamamlandığını bildirərək, bunu "müdafiə və ticarət əlaqələrini gücləndirəcək mühüm addım" adlandırıb.

Tramp da sosial mediada paylaşımında "böyük miqyaslı Boeing təyyarə satışının" müzakirə ediləcəyini öncədən elan etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv