Birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib

Birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib






presstv

"Presstv"az #Arzu Əliyeva, #Audi, #Azərbaycan, #Leyla Əliyeva, #Mehriban Əliyeva, #Nyu-York, #Özbəkistan, #Türkiyə, #Xərçəng xəstəliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində “Xərçəngdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların həyatda qalması və əzablarının azaldılması üzrə qlobal hərəkat” (Global Movement to Improve Survival and Reduce Suffering for Children with Cancer and Other Catastrophic Diseases) adlı xüsusi sessiya təşkil olunub.

presstvaz AZƏRTAC-a istinadla xəbər verir ki, Özbəkistan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Leyla ƏliyevaArzu Əliyeva iştirak ediblər.

Əvvəlcə birgə foto çəkdirilib.

Tədbirin təşkilatçılarından olan Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus xüsusi sessiyada gündəliyə çıxarılan mövzunun bu gün bütün dünyadakı aktuallığından danışıblar.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan və digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edilib ki, sessiyanın təşkilindən əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu xatırlatmaqdır. Problemin aktuallığı ildən-ilə artır. Statistikaya əsasən, hər il dünyada təxminən 200 min uşaq xərçəng xəstəliyinə tutulur və onların yarısı dünyasını dəyişir.

Tədbir panel iclaslarla davam edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv