Nadir avtomobillər hərraca çıxarılır

Nadir avtomobillər hərraca çıxarılır






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Dollar, #Hərrac, #Mercedes-AMG

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İki superkar – “Mercedes-AMG One” və “Mercedes-AMG GT Black Series Project One Edition” avtomobilləri bu ilin oktyabrında Münhendə keçiriləcək “RM Sotheby’s” hərracına çıxarılacaq.

presstvaz auto.ru-ya istinadən xəbər verir ki, onlardan biri Nürburqrinq rekorduna sahibdir.

Avtomobillərin 2.75 milyon dollardan 3.4 milyon dollaradək qiymətə satılacağı təxmin edilir.

Hibrid “Mercedes-AMG One” 1.6 litrlik V6 turbomühərriki (574 at qüvvəsi) ilə təchiz edilib. O, həmçinin dörd elektrik mühərrikinə malikdir. Mühərriklərin ümumi gücü 1063 at qüvvəsidir. Avtomobil məhdud sayda – 275 ədəd istehsal olunub.

“Mercedes-AMG GT Black Series Project One Edition” isə 730 at gücü hasil edən 4,0 litrlik tvin-turbo V8 mühərriki ilə çalışır. Satışa çıxarılan model 2027-ci ilin mart ayına qədər zavod zəmanətinə sahibdir.

Hərracın lotları arasında 28 832 kilometr məsafə qət etmiş və mükəmməl vəziyyətdə olan nadir, 1998-ci il istehsallı “Porsche 911 Turbo S” superkupesi də olacaq. Avtomobilin 770-880 min dollar arasında satılacağını təxmin edirlər. 993 ədəd istehsal olunan bu avtomobil 3.6 litrlik altı silindrli mühərrikə malikdir. 450 at qüvvəsi sayəsində avtomobilin 100 km/saata sürətlənməsi 4.1 saniyə çəkir, maksimal sürət isə 300 km/saatdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv