Evlər indi kartondan tikiləcək – Gələcəyin materialı təqdim olundu

Evlər indi kartondan tikiləcək – Gələcəyin materialı təqdim olundu






presstv

"Presstv"az #Audi, #Avstraliya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avstraliyalı mühəndislər inşaat sektorunda böyük dəyişikliklərə yol aça biləcək yeni material təqdim ediblər. Onların sözlərinə görə, bu material tamamilə ekoloji cəhətdən təmizdir, az xərc tələb edir və azmərtəbəli binaların tikintisi üçün kifayət qədər dayanıqlığa malikdir.

presstvaz bu barədə kp.ru-ya istinadla xəbər verir.

Yeni konsepsiyanın ideyası sadədir: ənənəvi kərpic və betondan istifadə etmək əvəzinə, xüsusi karton qabıqlar torpaqla doldurularaq sıxılır. Beləliklə, tikinti sahəsinə tonlarla kərpic və beton daşınmasına ehtiyac qalmır – inşaatçılar sadəcə yüngül karton gətirirlər, əsas material isə yerindəcə əldə olunur.

Lakin hələlik bəzi suallar açıq qalır. Mühəndislər karton “kərpiclərin” bir-birinə necə birləşdiriləcəyi və belə evlərin yağışa qarşı davamlılığı barədə ətraflı məlumat verməyiblər. Görünür, bu məsələ yaxın gələcəkdə açıqlanacaq.

Ekspertlərin fikrincə, layihə uğurlu olarsa, tikinti sənayesində ekoloji və iqtisadi baxımdan yeni dövr başlaya bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv