Kamala Harris Co Baydenə qarşı incikliyindən danışdı

Kamala Harris Co Baydenə qarşı incikliyindən danışdı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Co Bayden, #Hadisə, #Kitab

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin keçmiş vitse-prezidenti və prezidentliyə eks-namizəd Kamala Harris “107 gün” adlı kitabında seçkidə məğlub olmasının səbəbləri, eləcə də keçmiş prezident Co Baydenə qarşı incikliyi barədə açıq şəkildə yazıb.

presstvaz xəbər verir ki, RBC nəşri onun kitabından sitatları paylaşıb.

Siyasətçinin fikrincə, onun məğlubiyyətinin əsas səbəbi Bayden və ətrafının həm seçkiqabağı kampaniyadan sonra, həm də vitse-prezidenti olduğu müddətdə onu boykot etməsidir.

Harris hesab edir ki, onlar çox vaxt onu ikinci plana çəkməyə çalışıblar.

“Onların heç biri başa düşmürdü ki, əgər mən uğur qazansam, deməli, o (Bayden – red.) da uğur qazanacaq. Onun yaşı ilə bağlı narahatlıqları nəzərə alsaq, mənim vitse-prezident kimi diqqətəlayiq uğurum həyati əhəmiyyət kəsb edirdi”, – deyə Harris yazıb.

Harrisin sözlərinə görə, onun uğuru Baydenin onu seçməkdə düzgün qərar verdiyinə sübut olacaq və hər hansı bir hadisə baş verərsə, ABŞ-nin etibarlı əllərdə olacağını təsdiq edəcəkdi. O, uğurunun Bayden üçün vacib olduğunu, lakin komandasının bunu başa düşmədiyini vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv