Abşeronda elektrik açarını hansı qurum “OĞURLAYIB”?: “Azərişıq”la “Azərenerji” ÜZ-ÜZƏ

Abşeronda elektrik açarını hansı qurum “OĞURLAYIB”?: “Azərişıq”la “Azərenerji” ÜZ-ÜZƏ






presstv

"Presstv"az #Abşeron rayonu, #Audi, #Azərenerji

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abşeron rayonu 83 saylı yarımstansiyanın “Klassik A” MMC-yə gələn 110-35-10 kV-luq xətti üzərində, 10 kV “TM-28” hava xəttindən budaqlaşma yerində quraşdırılmış elektrik açarı oğurlanıb.

presstvaz xəbər verir ki, bu barədə Bizim.media-ya müəssisənin direktoru İlham İsmayılov şikayət məktubu ilə müraciət edib. Müəssisə direktoru aylardır “Azərişıq” və “Azərenerji”nin problemin həllini bir-birinin üzərinə atdığını və şikayətinə baxılmadığını bildirir:

“Biz bununla bağlı “Azərenerji” ASC-yə dəfələrlə müraciət etmişik. Bunu qurumun işçiləri ediblər. Biz də bunu biləndən sonra müraciət etdik. Bizə dedilər ki, həmin işçilər dəyişiblər. Dedik ki, əvvəlki işçi hara gedibsə, onu tapıb gətirin, amma mümkün olmadı. Qarşıdan qış gəlir, xətdə olan açılmalar təhlükə yarada bilər. Hər hansı bir təmir prosesində enerjini ayırırıq ki, müəssisəyə təhlükə yaranmasın. Yəni bu, qəza vəziyyətidir və süni şəkildə yaradılıb.

Biz həmin açarı öz vəsaitimiz hesabına qoymuşuq və bu da layihəyə salınıb. O açarı oğurlamaq, götürmək üçün yüksəkgərginlik xətt yarımşəbəkədən ayrılmalıdır. Bunu da yalnız enerji işçiləri edə bilərlər”.

“Azərenerji” ASC-dən iddia təkzib edilib:

“Absurd məsələdir. “Azərenerji” 500, 330, 220, 110 kV-luq yüksəkgərginlikli ötürmə xətlərinə baxır. 10 kV-luq xəttin və ya elektrik açarının “Azərenerji”yə nə aidiyyəti var?”

“Azərişıq” ASC-dən isə məsələnin ümumiyyətlə onlara aid olmadığı bildirilib.

Qeyd edək ki, şikayətçi problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət ünvanlayıb, lakin baxılmayıb. Yaranmış vəziyyət təkcə müəssisə deyil, həm də ərazidə yaşayan insanlar üçün təhlükə mənbəyinə çevrilə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv