Murad Muradov: “Ermənistanda regional platformaların yaradılmasına maraq var”

Murad Muradov: “Ermənistanda regional platformaların yaradılmasına maraq var”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Azərbaycan, #Bakı, #Donald Tramp, #Ermənistan, #Jurnalistlər, #Münaqişə, #Vaşinqton, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ermənistanda region ölkələrinin yaxınlaşmasına və regional platformaların yaradılmasına maraq var”.

presstvaz xəbər verir ki, bunu “Report”a açıqlamasında Ermənistanda keçirilən NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarında iştirak edən Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov deyib.

O, səfər təəssüratlarını bölüşərək tədbirin müsbət keçdiyini, hələ ki neqativ situasiya ilə qarşılaşmadığını vurğulayıb:

“Çox xoş haldır ki, ilk dəfə belə bir tədbirdə iştirak edirəm. Səfərimlə bağlı Ermənistan mediasından çox böyük maraq gördüm, hətta bu marağa görə jurnalistlərə geniş açıqlama verməli oldum. Özümə qarşı hələ ki hansısa gərgin bir yanaşma, münasibət hiss etməmişəm”.

M.Muradov artıq Ermənistan rəsmilərinin ötürdükləri mesajların mahiyyətcə dəyişməsinə də diqqət çəkib:

“Məsələn, tədbirdə çıxış edən bəzi yüksək vəzifəli şəxslər – Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, parlamentin vitse-spikeri Ruben Rubinyan, müdafiə naziri Suren Papikyan qeyd ediblər ki, Ermənistan Vaşinqton razılaşmasının məzmunundan çox razıdır. Onlar hesab edirlər ki, bu razılaşma qarşılıqlı şəkildə suverenliyə, ərazi bütövlüyünə hörmət kimi məsələləri tam əks etdirir və regionda yeni imkanlar yaradır. Ermənistan rəsmiləri ABŞ-nin, xüsusilə də prezident Donald Trampın rolunu çox müsbət qiymətləndirirlər”.

Müsahib onu da əlavə edib ki, hazırda Ermənistanda ABŞ-nin yaxın gələcəkdə yolların tikilməsinə investisiya yatırması ilə bağlı gözlənti var:

“Digər mesajları isə Ermənistanın NATO standartlarına uyğunlaşması və peşəkar ordu istiqamətində irəliləməsi barədə idi. Bu isə o deməkdir ki, artıq əvvəlki kimi Azərbaycanla münaqişə niyyətləri yoxdur. Həmçinin region ölkələrinin yaxınlaşması və regional platformaların yaradılmasında maraqlıdırlar. Bu istiqamətdə belə səfərləri yüksək qiymətləndirirlər və müxtəlif səviyyələrdə daha sıx təşkil edilməsini istəyirlər”.

M.Muradov səfəri çərçivəsində ona ünvanlanan provokativ suallardan da söz açıb:

“Səfərin müsbət tərəfləri ilə yanaşı, onu qeyd edə bilərəm ki, provokativ suallar hələ də verilir. Bunlar, əsasən, Qərbi Azərbaycan məsələsi və Bakıda məhkəməsi keçirlən erməniəsilli şəxslərlə bağlı olub. Həmçinin guya Azərbaycandan Ermənistanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı təhdidlər olduğuna dair iddiaları var. Mən də çalışdım ki, həmin yanaşmaların həqiqəti əks etdirmədiyini göstərim. Ümumilikdə onu deyə bilərəm ki, hələ də mövqelərin tam yaxınlaşması üçün çox iş görülməlidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv