Prezident İlham Əliyev Nyu-Yorkda “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev Nyu-Yorkda “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Azərbaycan, #Dollar, #Ermənistan, #İlham Əliyev, #Kanada, #London, #Nyu-York, #Şanxay, #Təbrik, #Vaşinqton, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşüb.

presstvaz AZƏRTAC-a istinadla xəbər verir ki, Brüs Flətt 2023-cü ildə ölkəmizə səfəri zamanı Azərbaycanda müşahidə etdiyi iqtisadi nailiyyətlərin və inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirib. O, rəhbərlik etdiyi şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini vurğulayıb.

Brüs Flətt Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilmiş nəticələrə görə təbriklərini çatdırıb və bunun bölgədə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün də yaxşı imkan yaratdığını deyib.

Ölkəmizlə “Brookfield Asset Management” şirkəti arasında qurulmuş əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bunun əməkdaşlığımızın uzunmüddətli strateji inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayıb.

Söhbət zamanı Azərbaycanın bərpaolunan enerji sahəsindəki imkanları və ölkəmizin regional enerji mərkəzinə çevrilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1899-cu ildə əsası qoyulan və baş ofisi Kanadada yerləşən “Brookfield Asset Management” qlobal miqyasda alternativ investisiyaların idarə edilməsi sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət infrastruktur, daşınmaz əmlak, bərpaolunan enerji, özəl kapital və kredit kimi əsas istiqamətlər üzrə investisiya portfellərini idarə edir. Hazırda “Brookfield”in idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından çoxdur. Şirkət Nyu-York, London, Sidney, Dubay, San-Paulo, Mumbay və Şanxay da daxil olmaqla, dünyanın əsas maliyyə mərkəzlərində təmsil olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv