İstanbulda Azərbaycan məktəbi açılacaq

İstanbulda Azərbaycan məktəbi açılacaq






presstv

"Presstv"az #Anadolu, #Azərbaycan, #Bakı, #Emin Əmrullayev, #İstanbul, #Təhsil, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan-Türkiyə təhsil əlaqələrinin genişlənməsi çərçivəsində İstanbulda fəaliyyət göstərəcək Azərbaycan məktəbi həm orada yaşayan soydaşlarımızın uşaqlarının ana dilində və milli ruhda təhsil almasına, həm də iki ölkə arasında təhsil əməkdaşlığının daha da güclənməsinə xidmət edəcək. Bu imkan iki qardaş ölkə arasında təhsil əməkdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

presstvaz xəbər verir ki, bu fikirləri bu gün Bakı Türk Anadolu liseyinin yeni binasının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.

“Bu bizim üçün bir ilk olacaq. Təcrübəmizdə ilk dəfə Azərbaycandan kənarda fəaliyyət göstərəcək Azərbaycan məktəbi modelini həyata keçirəcəyik. Eyni zamanda düşünürəm ki, bu məktəb İstanbulda işləyən və ya digər səbəblərlə yaşayan Azərbaycan vətəndaşları üçün də əhəmiyyətli fürsət yaradacaq. Bu baxımdan bu layihə Azərbaycan və Türkiyə təhsil sistemləri arasındakı dostluğu daha da möhkəmləndirəcək”, – nazir əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv