Azərbaycan və Ermənistan bir-birinə ən yüksək xalı verdi

Azərbaycan və Ermənistan bir-birinə ən yüksək xalı verdi






presstv

"Presstv"az #Azərbaycan, #Çin, #Ermənistan, #Qazax, #Qazaxıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstanda “Silk Way Star” yarışmasının ilk mərhələsi başa çatıb.

Kult.az APA-ya istinadən xəbər verir ki, birinci mərhələdə 12 iştirakçının hər biri mahnını öz ana dilində ifa edib.

Məlumata görə, start mərhələsinin özəlliyi ondan ibarətdir ki, heç bir iştirakçı layihəni tərk etməyib, yəni bütün iştirakçılar qələbə uğrunda mübarizəni davam etdirəcəklər.

Münsiflər heyətinin qərarı ilə birinci yerdə 126 xalla malayziyalı müğənni Yazmin Əziz, ikinci yerdə 122 xalla özbək müğənni Madinabonu Adilova qərarlaşıb, üçüncü və dördüncü yerlərdə müvafiq olaraq 120 xalla Türkmənistandan Dovran Şammiyev və gürcü iştirakçısı Avtandil Abeslamidze qərarlaşıblar.

“Silk Way Star” beynəlxalq yarışmasına 10 epizod daxildir, hər buraxılışın müddəti 100 dəqiqədən çoxdur. Yayım üç dildə – qazax, Çin və ingilis dillərində aparılır. Təşkilatçılar tamaşaçılara müxtəlif janrlarda eksklüziv musiqi nömrələri vəd edirlər.

Yarışmaya sentyabrın 20-də Qazaxıstanda start verilib, növbəti mərhələ isə Çində keçiriləcək.

Final “Grand Şou” noyabrın 22-də keçiriləcək.

Yarışma zamanı yaddaqalan məqamlar da olub. Belə ki, Azərbaycan və Ermənistandan olan jurilər hər iki ölkəni təmsil edən ifaçılara qarşılıqlı olaraq ən yüksək – 10 xalı veriblər. İlk olaraq azərbaycanlı jüri erməni ifaçısı Saro Gevorgyana 10 xal verib, erməni jüri isə cavab olaraq Azərbaycanı yarışmada təmsil edən Səbinə Quluzadəni 10 xala layiq görüb.

Qeyd edək ki, ilk dəfədir Azərbaycan və Ermənistan nümayəndələri beynəlxalq müsabiqədə bir-birlərinə ən yüksək xalı veriblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv