“Taliban” Trampın hədələrinə cavab verdi: “Daha 20 il vuruşmağa hazırıq”

“Taliban” Trampın hədələrinə cavab verdi: “Daha 20 il vuruşmağa hazırıq”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Əfqanıstan, #Hakim, #Müharibə, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatının rəsmiləri ABŞ-nin Baqram hərbi hava bazasının nəzarətini geri alma təhdidlərini kəskin surətdə rədd edərək vurğulayıblar ki, hər hansı xarici hərbi mövcudluğu bərpa etmə cəhdi qəti müqavimətlə qarşılanacaq.

presstvaz bu barədə “Sinhua” agentliyinə istinadla xəbər verir.

“Bizim cavabımız belədir: əgər getməsəniz və bazaları almaq istəsəniz, biz sizinlə daha 20 il vuruşmağa hazırıq”, – deyə Əfqanıstanın müdafiə naziri Məhəmməd Yaqub Mücahid bildirib.

Əfqanıstan Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru Zakir Cəlali ABŞ qoşunlarının qaytarılması ideyasını rədd edərək bildirib ki, əfqanlar heç vaxt öz ərazilərində xarici qoşunları qəbul etməyiblər və Vaşinqtonla hər hansı dialoq hərbi işğalın təkrarını istisna etməlidir.

ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Əfqanıstan hakimiyyəti Baqram aviabazasına nəzarəti Birləşmiş Ştatlara qaytarmaqdan imtina edərsə, bu ölkə pis nəticələrlə üzləşəcək.

Qeyd edək ki, Kabilin təxminən 50 km şimalında yerləşən Baqram hərbi hava bazası, 20 illik müharibə ərzində ABŞ və NATO-nun əməliyyatlarının mərkəzi rolunu oynayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv