Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, #İlham Əliyev, #Konstitusiya və Suverenlik İli, #Qarabağ Universiteti, #Sərəncam, #Tikinti və İdarəetmə Xidməti, #Xankəndi şəhəri, #Zəfər parkı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə, eləcə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xankəndi şəhərinə mediatur təşkil edilib.

presstvaz xəbər verir ki, media nümayəndələri şəhərdəki Konqres Mərkəzi, Biznes Mərkəzi, inşası davam etdirilən Zəfər parkı, Zəfər Muzeyi, Qarabağ Universiteti və digər əsas müəssisələrlə tanış olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Şamxal Adıgözəlov media təmsilçilərinə müəssisələr haqqında ətraflı məlumat verib, onların suallarını cavablandırıb.

Media təmsilçiləri səfər müddətində Mədəniyyət Nazirliyi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə ilk dəfə keçirilən 20 sentyabr – Xankəndi Şəhəri Günü tədbirlərinə də qatılıblar.

Həm Xankəndi ilə tanışlıq, həm də Şəhər Günü münasibətilə təşkil olunan mədəni tədbirlər media nümayəndələrində unudulmaz təəssürat yaradıb.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” 19 sentyabr 2024-cü il tarixində Sərəncam imzalayıb. Sərəncamla 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü kimi təqvimimizə yazılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv