Paşinyandan ermənilərə Ağrı dağı dərsi: Onlar bilmirlər ki…

Paşinyandan ermənilərə Ağrı dağı dərsi: Onlar bilmirlər ki…






presstv

"Presstv"az #Ermənistan, #Hakim, #Nikol Paşinyan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın Baş naziri Nikol Paşinyan uşaqların Ağrı dağının coğrafi yerləşməsinə təəccüblənməsi ilə bağlı hekayə danışıb.

presstvaz Publika.az-a istinadən xəbər verir ki, siyasətçinin sözlərindən "Ateo Breaking" "Telegram" kanalı sitat gətirib.

Paşinyan danışıb ki, tonqal yanında olan bir qrup uşağa yaxınlaşaraq onlardan Ermənistanın ən hündür dağının adını soruşub.

"Uşaqların 70%-i Ararat (əsl adı: Ağrı dağı) deyə cavab verdi. Onlar hətta Araratın Ermənistanda olmadığını bilmirlər. Hətta bizimlə ünsiyyətdə olan bir çox ermənilər də bunu bilmirlər, çünki biz belə danışırıq", – o izah edib.

Paşinyan vurğulayıb ki, Araratın Türkiyədə yerləşməsi barədə məlumatsızlıq hətta böyüklər arasında da geniş yayılıb.

"Sonra öyrənirlər, təəccüblənirlər — necə yəni Ararat Ermənistan Respublikasının ərazisində deyil? Onlar bizim haqqımızda nə düşünürlər?", – baş nazir qeyd edib.

Sentyabrın 17-də Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan hazırkı hakimiyyətin qərarı ilə Ağrı dağının Ermənistanın dövlət gerbindən çıxarılmasının mümkünlüyünü açıqlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv