Şuşa şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

Şuşa şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçirilir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Qida məhsulları, #Şuşa, #Şuşa şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şuşa şəhərində “KOB Fest” sərgi-satış yarmarkası keçirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən yarmarka sentyabrın 21-dək “Güllü bağ”ın ərazisində davam edəcək.

presstvaz xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, yarmarkada Şuşa şəhərində və digər bölgələrdə fəaliyyət göstərən 50-yə yaxın sahibkarın qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların əl işləri nümayiş olunur və satışı həyata keçirilir. “KOB Fest” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsulları və xidmətləri geniş istehlakçı auditoriyasına tanıtmaqla satış imkanlarını genişləndirmək, həmçinin ölkənin müxtəlif bölgələrində çalışan sahibkarlar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsidir.

“KOB Fest”in açılışında çıxış edən Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sərgi-satış yarmarkasının Dövlət Suverenliyi Günündə şəhər sakinləri və sahibkarlarla birgə keçirilməsinin əlamətdar olduğunu vurğulayıblar. Qeyd olunub ki, belə tədbirlər Şuşa və ətraf bölgələrdən olan sahibkarların istehsal etdiyi məhsulların, sənətkarların əl işlərinin tanıdılması baxımdan əhəmiyyətlidir.

Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv