“Formula-2” kateqoriyasında sərbəst yürüş başladı

“Formula-2” kateqoriyasında sərbəst yürüş başladı






presstv

"Presstv"az #Almaniya, #Audi, #Avropa, #Avstraliya, #Avto, #Azərbaycan, #Azərbaycan Qran-prisi, #Bakı, #Böyük Britaniy, #Böyük Britaniya, #Finlandiya, #Formula-1, #Meksika, #Niderland, #pandemiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Formula-2” kateqoriyasında sərbəst yürüş başlayıb.

presstvaz xəbər verir ki, gənc sürücülər 30 dəqiqəlik sessiya ərzində Bakının küçələrinə uyğun sazlanmalar axtaracaqlar, təkərlərin effektivliyini dəyərləndirəcəklər. Komandalar isə bazar günü baş tutacaq yarış üçün strategiyalar müəyyənləşdirəcəklər.

Mövsümün sonuna 3 mərhələ qalmış titula namizəd olan 7 sürücü arasında gərgin mübarizənin olacağı gözlənilir.

08:17

“Formula-1” üzrə Azərbaycan Qran-prisi başlayır.

presstvaz xəbər verir ki, bu gün Bakı sayca 9-cu yarışa ev sahibliyi edəcək.

Əvvəlcə saat 10:00-da “Formula-2” kateqoriyasında sərbəst yürüş baş tutacaq. Daha sonra 12:30-da “Formula-1” kateqoriyasında ilk sərbəst yürüş, 14:00-da “Formula-2” kateqoriyasında sıralama turu, ardınca isə 16:00-da “Formula-1” kateqoriyasında ikinci sərbəst yürüş başlayacaq.

Xatırladaq ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi üç gün davam edəcək. Sentyabrın 20-də “Formula-1” üzrə sərbəst yürüşlər, “Formula-2” üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün – ayın 21-də əsas yarış baş tutacaq.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv