Fransada şok hadisə: Dispetçerin yuxuya getməsi sərnişin təyyarəsini havada gözlətdi

Fransada şok hadisə: Dispetçerin yuxuya getməsi sərnişin təyyarəsini havada gözlətdi






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Fransa, #Hadisə, #Paris, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransada qeyri-adi aviasiya insidenti yaşanıb. “Air Corsica” aviaşirkətinə məxsus Paris-Ayaçço reysi təyinat məntəqəsi üzərində təxminən yarım saat havada dairə vurmağa məcbur olub. Səbəb isə növbədə olan dispetçerin iş vaxtı yuxuya getməsi olub.

presstvaz xəbər verir ki, Fransa Mülki Aviasiya İdarəsi hadisəni “Daily Mail”ə təsdiqləyib.

Bildirilir ki, Orli aeroportundan qalxan təyyarə Ayaççoya, təxminən, bir saat gecikmə ilə eniş edib. Dispetçer 2400 metr uzunluğunda yeganə uçuş-enmə zolağının işıqlandırma sistemini aktivləşdirmədiyi üçün pilotlar təlimat ala bilməyib və havada gözləməli olublar. Ehtiyat tədbiri olaraq ekipaj Bastiyada alternativ eniş planı da hazırlayıb.

Dispetçerlə radio əlaqəsi qurmaq mümkün olmayıb. Yalnız aeroportun yanğınsöndürmə xidməti polisə müraciət etdikdən sonra əməkdaşlar nəzarət qülləsinə qalxaraq yuxuya getmiş işçini oyadıblar.

“Təcrübəm boyu belə hadisə ilə rastlaşmamışdım. Korsika üzərində, sadəcə, kiçik bir dairə cızdıq. Təyyarədə panika olmadı, sərnişinlər sakit idilər və vəziyyətə hətta yumorla yanaşdılar”, – deyə kapitan bildirib.

Aviasiya rəhbərliyi baş verənləri “qeyri-adi vəziyyət” adlandırıb və daxili araşdırma başladığını açıqlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv