Türkiyənin tanınmış ifaçısı Mabel Matiz cinayət məsuliyyətinə cəlb oluna bilər

Türkiyənin tanınmış ifaçısı Mabel Matiz cinayət məsuliyyətinə cəlb oluna bilər






presstv

"Presstv"az #Ailə, #Apple, #Audi, #Daxili İşlər Nazirliyi (DİN), #DNT, #İstanbul, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) tanınmış müğənni Mabel Matizə qarşı təhqiqatın başladılması üçün İstanbul Baş Prokurorluğuna müraciət edib.

presstvaz bildirir ki, nazirlik bu barədə “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd olunub ki, müğənniyə qarşı Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsi ilə (“əxlaqa zidd hərəkətlər yolu ilə törədilən cinayət”) təhqiqatın başladılması tələb olunub.

Xatırladaq ki, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi Mabel Matizin son zamanlar böyük marağa səbəb olan “Perperişan” mahnısının bloklanmasını tələb edib.

Nazirlik xüsusilə vurğulayıb ki, mahnının məzmunu ailə müəssisəsinə ziyan vura, uşaq və gənclərin əqli inkişafına mənfi təsir göstərə, ictimai asayişi poza, ictimai narazılığa səbəb ola bilər.

Nəticədə sözügedən mahnı “YouTube”, “Spotify” və “Apple Music” kimi rəqəmsal platformalardan silinib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv