İstanbul aeroportunda qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi – FOTO/VİDEO

İstanbul aeroportunda qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi – FOTO/VİDEO






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin “FedEx” yük şirkətinə məxsus “Boeing 767” tipli təyyarə İstanbul Hava Limanında qəzalı eniş edib. Hadisəyə səbəb hava gəmisinin şassisinin açılmaması olub.

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən xəbər verilib.

Məlumata görə, təyyarə Paris-İstanbul reysini yerinə yetirirmiş.

“Bu gün “FX6238” Paris-İstanbul yük reysini həyata keçirən “Boeing 763” tipli təyyarənin pilotu İstanbul Hava Limanının ATC (Hava Nəqliyyatına Nəzarət – red.) bölməsinə yerli vaxtla saat 07:55-də ön eniş şassisinin açılmaması (hidravlik nasazlıq səbəbindən) barədə məlumat verib. Yerli vaxtla saat 08:17-də 16R uçuş-enmə zolağına ön şassisi bağlı halda enib və uçuş zolağında qalıb. Təyyarəyə Hava Limanı Xilasetmə və Yanğından Mühafizə Xidməti  qrupları tərəfindən müdaxilə edilib. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Rəhbərlik tərəfindən ekspertlər təyin edilərək araşdırma işlərinə başlanılıb”, – deyə məlumatda bildirilib.

Həmin qorxulu anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv