Stanislav Lemin fantastik ideyası reallığa çevrilir: “Ağıllı toz” dövrü başlayır

Stanislav Lemin fantastik ideyası reallığa çevrilir: “Ağıllı toz” dövrü başlayır






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Audi, #Dollar, #Universitetlər, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

1963-cü ildə polyak fantast-yazıçısı Stanislav Lem “Qalib” (“Niezwyciezony”) adlı əsərində atmosferi öyrənmək üçün yaradılmış, havada sərbəst uça bilən süni nanobotlardan bəhs etmişdi. Onlar təkbaşına zəif görünsələr də, birləşərək enerji toplayan, çoxalan və müdafiə mexanizmi yaradan güclü “toz buludu”na çevrilirdilər. Həmin dövrdə yalnız fantastika hesab olunan bu ideya bu gün hərbi texnologiyaların inkişafına ilham verib.

Lemin təsvir etdiyi “canlı toz” indi “ağıllı toz” (“smart dust”) adı ilə reallığa çevrilmək üzrədir.

presstvaz xəbər verir ki, bu barədə “Futurism” yazıb.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin DARPA agentliyində başlanan araşdırmalar sonradan universitetlərə və korporativ laboratoriyalara da yayılıb. İlk prototiplər düyü dənəsi böyüklüyündə olsa da, hazırda onların ölçüləri 0,02 mm³-ə qədər kiçildilib. Bu mikrosensorlar temperaturu, rütubəti, işıq və səs səviyyəsini, yaxın gələcəkdə isə havanın kimyəvi tərkibini qeydə ala bilir.

Mütəxəssislər bildirirlər ki, gələcəkdə “toz dənələri” havada asılı qalaraq məhdudiyyətsiz miqdarda məlumat ötürə biləcək.

Hazırda bu texnologiyanın bazar dəyəri 115 milyon dollar təşkil edir. Proqnozlara görə, 2032-ci ildə həmin rəqəm 400 milyon dollara çatacaq. Bununla belə, texnologiyanın ən böyük problemi sensorların qısa ömürlü olması və məhdud məsafədə işləməsidir. Alimlər hazırda bu problemlərin həllinə çalışırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv