57 ölkənin sərt bəyanatı günü Təl-Əviv hücuma keçdi

57 ölkənin sərt bəyanatı günü Təl-Əviv hücuma keçdi






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Böyük Britaniy, #Böyük Britaniya, #Çin, #İlham Əliyev, #İsrail, #Qətər, #Qəzza, #Təl-Əviv

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qətərin paytaxtı Dohada 22-si ərəb ölkəsi olmaqla, 57 müsəlman dövləti İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqasının Fövqəladə Zirvə Toplantısında birləşərək, İsrailin ünvanına sərt çıxışlar etdilər. Dohadan səslən haylı-küylü bəyanatların əks-sədası çəkilməmiş İsrail ordusu Qəzza üzərinə hücuma başladı. Üstəlik İsrail bunu Çin və Qətəri təhdid edərək gerçəkləşdirir.

presstvaz xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.

“57 islam dövlətinin fövqəladə toplantısından bir neçə saat sonra İsrailin Qəzzaya hücuma başlaması islam aləminin nə qədər dişsiz olduğunu göstərir.

Digər diqqət çəkən bir məqam İsrailin Qəzzaya hücumunun ABŞ Dövlət katibi Marko Rubionin Təl-Əvivə gəlişinə təsadüf etməsidir. “Axios” nəşrinin məlumatına görə, Rubio ABŞ-ın İsrailin Qəzzaya hücumunu dəstəklədiyini, ancaq əməliyyatın qısa zamanda tamamlanmasını istədiyini bildirib”, – o vurğulayıb.

Ekspert qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqasının Fövqəladə Zirvə Toplantısında iştirak etməməsi çox doğru addımdır:

“Azərbaycan daha çox ABŞ-la imzalanacaq Strateji Tərəfdaşlıq Xartiyasına, bu xartiyanın üzərində “Xəzər asayişi” Alyansının yaradılmasına, Böyük Britaniya ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətləri strateji müttəfiq səviyyəsinə çatdırmaq üçün çalışmalıdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv