Peskov: “NATO Rusiya ilə de-fakto müharibə aparır”

Peskov: “NATO Rusiya ilə de-fakto müharibə aparır”






presstv

"Presstv"az #Audi, #Kiyev, #Mark Rütte, #Müharibə, #Polşa, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Şimali Atlantika Alyansı (NATO) faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir”.

presstvaz-ın “Kommersant”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, NATO-nun hərbi əməliyyatlar aparması göz qabağındadır və sübuta ehtiyac yoxdur.

“NATO de-fakto iştirak edir və Kiyev rejiminə dolayı və birbaşa dəstək mövcuddur”, – Peskov brifinqdə vurğulayıb.

Xatırladaq ki, sentyabrın 13-də NATO-ya üzv ölkələr “Şərq mühafizi” əməliyyatına başlayıblar. Baş katib Mark Rüttenin sözlərinə görə, bu, alyansın şərq cinahını qorumaq məqsədi daşıyır. Əməliyyatın başlanması sentyabrın 10-da Polşada PUA-larla baş verən insidentə cavab olub. Daha sonra ən azı 19 PUA ölkənin hava məkanını pozub. Polşa tərəfinin məlumatına görə, PUA-lar Rusiyaya məxsus olub. Rusiya Müdafiə Nazirliyi bu faktı təkzib edib. Nazirliyin mətbuat xidməti Polşa ərazisində hər hansı hədəfi vurmaq planının olmadığını vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv